| Forum |
|
|
|
| 02-02-2010 |
| Portuqaliyalılar \"İnter\"dən cərimə tələb edir |
Georgi Nikolov: "Bilmirəm onlar bizdən nə istəyir?" Portuqaliyanın "Uniao Leyriya" klubu Bakı "İnter"indən təzminant tələb edir. Portuqaliya klubunun 31 yaşlı müdafiəçisi Hüqo Qomeşi transfer etmək istəyən, lakin anlaşma əldə edə bilməyən bank klubu geri çəkilməli olub. Belə olan halda portuqaliyalılar "İnter"i futbolçu ilə ilkin razılığın şərtlərini pozmaqda günahlandıraraq, cərimə tələb edir. Bu barədə "Uniao Leyriya" klubu nun rəsmi saytı məlumat yayıb. "Uniao Leyriya" rəhbərliyi cəriməni tələb edəcəklərini də gizlətmir. Klub saytının xəbərindən aydın olur ki, "bankirlər" ilkin razılaşmada transfer alınmayacağı halda qarşı tərəfə pul ödəməyə boyun olub. "İnter"in prezidenti Georgi Nikolov isə deyilənlərlə razılaşmır: "Bilmirəm Qomeşin klubu ilə danışıq aparmağımız haqda xəbərlər hardan qaynaqlanıb. Biz Portuqaliya təmsilçisi ilə oyunçunun transferini heç müzakirə də etməmişik. Bəli, onun xidmətini bizə bir menecer təklif edib. Hansı ölkədən olması dəqiq yadımda deyil. Hər transfer dönəmində olduğu kimi, bu dəfə də "İnter"ə təklif edilən 100 futbolçudan biri idi. Komandamızın düşərgəsində də olmayıb. Qomeşin karyerasına və keçirdiyi oyunların statistikasına sadəcə, ilkin nəzər yetirmişdik. Xarakteristikasına da baxmışdıq. Bizi qane etməyən məqamlar var idi. Xüsusilə yaşının çox olması mənfi haldır. Bilmirəm portuqaliyalılar bizdən nə istəyir? Cərimə ödəmək fikrində deyilik".
|
|
| Oxunub: 25 dəfə. |
|
|