Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
Orxan Kərimov
almaqezeti@gmail.com
Orxan Kərimov
 Azərbaycan gəncinin məşğuliyyəti

   Vaxtım olanda Azərbaycandakı xəbər saytlarına göz atıram. Bu gecə də yata bilmədim və bir az daha dərinə gedərək gənclərimizin ən çox istifadə etdiyi saytlardan birinə girdim, görüm gənclik bu günlərdə nə ilə maraqlanır, nə yazır, nə oxuyur? 
   Danılmaz faktdır ki, lüt qız şəkilləri, sevgi sözləri, kompyüterin anasını ağladan programlar və s. kimi “dəyərli” və “maraqlı” məlumatlar hər zaman gənclərimiz tərəfindən böyük maraq və diqqətlə qarşılanır.
   Azərbaycan gənci mövzuya baxdıqdan sonra mütləq bir şərh yazmalıdır ki, orda olduğu bilinsin: “Çox bomba yazı idi”, “Efir”, “Qaqaş şəkillərə görə sağ ol” “Qızın orası xoşuma gəldi” kimi dəyərli şərhlər.
   Bir vaxtlar mən də hər azərbaycanlı gənci kimi “xaker” olmaq istəyirdim. Elə bilirdim ki, birisinin e-mail parolunu “sındırmaqla” “xaker” olacam. Elə buna görə hər saytda bir “xaker” bölümü də var. Bu cür saytlar çox təəssüflər olsun ki, hələ də aktuallığını qoruyur və hələ də klaviatura qəhrəmanları ordan bir - birini söz atəşinə tutur, “razborkaya” çağırır və ən əsası tanış olurlar. Facebook kimi sosial şəbəkə çıxdıqdan sonra bu saytların belinin qırılacağını düşünürdüm. Amma sonradan anladım ki, bizim insanlar var olduqca, belə saytlar mövcud olacaq.
   Bir azərbaycanlının facebook profilinə baxdığın zaman onun həyat fəlsəfəsini açıq - aşkar görə bilirsən. İşin ən maraqlı tərəfi də statusuna yazdığı yazılar və dostlarından gələn şərhlərdir. İşim - gücüm olmayanda oturub, o duzlu - məzəli postları oxumaqdan kayf alıram: “Ay da, çox istidi axı!”, “Mən çimirəm”, “Badımcan dolması bişirəcəm bu gecə, oleeyy” kimi dəyərli bir post və əgər bunu yazan qızdırsa, altında 43 şərh.
   Mövzumuzdan kənara çıxmayaraq gəncliyimizin ən çox izlədiyi hit saytlarımıza keçək. Bu saytlarda diqqətimi çəkən başqa bir başlıq da “Din” başlığıdır. Namazı hobbiləri arasında sıralayan bir azərbaycanlı, gecə lüt qız şəkillərinə baxıb, rahatlandıqdan sonra dini bölməyə daxil olur, ruhunu təmizləyir, paklaşır, saflaşır bir iki cümlə oxuyandan sonra yatır. Ancaq saytın “Maraqlı və Məsləhətli” bölümündə gördüyüm “Namaz qılan transseksuallar” məni dərindən “təsirləndirdi”. Və gəncliyimizin bu məqaləyə olan marağı da çox təsirliydi. Axı orda eyni zamanda transların şəkilləri də var idi. Əzizlərim xəbəri necə var, elə də yazıram sizlər üçün…
   “Transseksualların fahişəlikdən uzaq tutulmaları üçün dini təhsil verən bir məktəb açıldı. 2005-ci ildə ilk dəfə edilməsi planlanan trans gözəllik yarışı İndoneziyanı qarışdırmış, qiyam qaldıran xalq yarışmanın ediləcəyi oteli yandırmışdı. Ölkədə meydana gələn sunaminin bu cür azğınlıqlar səbəbindən olduğunu müdafiə edən İslam Müdafiəçiləri Cəbhəsi (FPI), "İkinci bir fəlakətə daha uğramamamız üçün bu cür azğınlıqlara mane olmalıyıq" sözü ilə milyonlarla müsəlmanı küçələrə tökmüşdü. Bu hadisədən sonra ölkədə transseksuallara qarşı yeni bir hərəkat başlandı. Transseksualların fahişəlik bataqlığına düşməməsi və bu vəziyyətdən xilas olmaları üçün yeni xüsusi dini məktəb yaradıldı. Orda translar 5 vaxt namaz qılıb örtülü yaşayacaqlar. Ölkədəki islami təşkilatların da dəstəklədiyi məktəbə yalnız transseksuallar qəbul edilir. Məktəbə gələn translara əvvəlcə İslam haqqında geniş məlumatlar verilir, sonra onların ibadət etmələrinə yardım olunur. Toplu olaraq “Qurani Kərim” oxuyan translar günlərini ibadət edərək keçirirlər”.
   Belə dəyərli xəbərə gənclərimiz şərh verməklə öz rəngarəng münasibətlərini bildirmişdilər…

Oxunub: 256 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox