Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 HESABATA GÖRƏ, KORRUPSİYA AZƏRBAYCANDA BİZNESƏ ƏSAS MANEƏ OLARAQ QALMAQDADIR
HESABATA GÖRƏ, KORRUPSİYA AZƏRBAYCANDA BİZNESƏ ƏSAS MANEƏ OLARAQ QALMAQDADIR

   Media Mərkəzində “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitorinqi” layihəsi çərçivəsində layihə tərəfdaşları hesabatı açıqlayıblar.
   
   Layihəni həyata keçirən QHT koalisiyasının məqsədi Azərbaycanda korrupsiyanın səviyyəsini, dövlətin bu sahədə həyata keçirilməsini nəzərdə tutduğu tədbirlərin korrupsiyanın azalmasına təsirini araşdırmaq və korrupsiyanın aradan qaldırılması ilə bağlı təkliflər paketi hazırlamaqdır. Layihə icraçıları bu layihəni korrupsiyaya qarşı milli strategiyanın icrasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması müddəasına istinadən icra etdiklərini bildirirlər. Onların fikrincə, alternativ monitorinqlə bağlı hesabat strategiyanın icrasının monitorinq sisteminin yaradılmasına dəstək olacaq.
   Hesabatda qeyd edilir ki, ölkənin korrupsiya ilə mübarizədə müəyyən uğurlar qazanmasına baxmayaraq, korrupsiya Azərbaycanda biznes fəaliyyəti üçün əsas maneə olaraq qalmaqdadır. Müəlliflər korrupsiyaya qarşı mübarizə aparmalı olan rəsmi qurumların tədbirlər planının hazırlanıb komissiyaya təqdim etməsinə, korrupsiyanın səviyyəsinə dair hesabatların hazırlanmasına ciddi yanaşmırlar, tədbirlər planı açıq informasiya olduğu halda, komissiyanın internet səhifəsində yerləşdirilmir və bu səbəb üzündən də bütünlükdə korrupsiyaya qarşı dövlət tərəfindən hansı tədbirlərin həyata keçirildiyi məlum olmur.
   Daha sonra hesabatda korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün komissiyanın səlahiyyətlərini artırmaq, uyğun qanunvericiliyə məsuliyyət və cəza nəzərdə tutan müddəalar daxil etmək, fəaliyyət planının icrası ilə bağlı müəyyən qurum və şəxslərin üzərinə məsuliyyət qoymaq, dövlət qurumlarının korrupsiya ilə bağlı məlumatları internet səhifəsində yerləşdirməsi kimi tövsiyələr yer alıb.
   Adıçəkilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib, layihə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Avropa Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası tərəfindən həyata keçirilib.
   
   TURAN

Oxunub: 52 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox