Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
25-01-2010
 AZƏRBAYCANIN ADI QALMAQALLI SİYAHIDA
AZƏRBAYCANIN  ADI QALMAQALLI  SİYAHIDA

   Human Rights Watch təşkilatı illik hesabatını açıqlayıb
   
   Hesabata görə, 2009-cu ildə bütün dünyada insan haqları fəallarının üzərinə təqiblər və hücumlar artıb. Xüsusən, hesabatda qeyd edilib ki, Rusiya və Azərbaycanda hökumət öz tənqidçilərini susdurmaq siyasəti yürüdür.
    Hesabatda Azərbaycana dair fəsil yer alıb. Burada ölkədə keçən ilin martında keçirilmiş və prezidentə məhdudiyyətsiz olaraq seçilmək imkanı verən referendumdan bəhs edilir. “Ötən müddətdə hakimiyyət böhtan haqqında cinayət maddəsindən jurnalistləri və başqa media nümayəndələrini susdurmaq üçün mütəmadi istifadə edib”, deyə sənəddə qeyd edilib. 2008-ci ilin noyabrından bu yana azı doqquz müxalifyönlü və ya müstəqil jurnalist və redaktora qarşı bu cinayət maddəsindən istifadə edilib. Bundan əlavə, həbsdə olan bloggerlər Emin Milli və Adnan Hacızadənin, həmçinin Eynulla Fətullayevin, Qənimət Zahidovun, Müşfiq Hüseynovun (o, ötən ilin sonlarında əfv edilib) adları çəkilir. Həmçinin, Azərbaycanda xarici radiostansiyaların yerli FM dalğalarında yayımının qadağan edildiyi xatırladılır.
   2009-cu ildə Konstitusiyaya edilmiş düzəlişlər arasında şəxsin icazəsi olmadan onun çəkilişini, səsinin yazılışını, habelə fotoşəkillərinin çəkilməsinin qadağan edilməsi qeyd edilib.
   Hesabatda deyilir ki, hökumət 2009-cu ildə QHT-lərə dair mürtəce qanun layihəsini ortaya çıxarsa da, sonra onu geri götürüb.
   Təşkilat hesabatında həbsdə işgəncə hallarının Azərbaycanda geniş yayıldığını qeyd edib. İşgəncələrə qarşı Azərbaycan Komitəsinə təkcə ötən il ərzində bu xüsusda 90 şikayət ərizəsi daxil olub. 2009-cu ildə ən azı üç məhbus həbsdə dünyasını dəyişib.
   Sənəddə qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsi qərara gəlib ki, Azərbaycan hökuməti 2003-cü ilin prezident seçkilərindən sonra baş vermiş müxalifət etirazları əsnasında Avropa Konvensiyasının 3-cü maddəsini kobudcasına pozub. Bu maddə insana qarşı qeyri-insani və alçaldıcı hərəkətləri qadağan edir.
   Hesabatda deyilir ki, Azərbaycanın uzun illərdir ki, siyasi məhbusları həbsdə saxlaması, nəhayət, Avropa Şurasını 2009-cu ilin martında bu ölkə üzrə xüsusi məruzəçi təyin etməyə məcbur edib.
   Bununla yanaşı, hesabatda vurğulanır ki, Azərbaycanın vətəndaş cəmiyyəti və beynəlxalq insan haqları qruplarının uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın BMT İnsan Hüquqları Şurasına təkrar seçilməsinə imkan verilməyib.

Oxunub: 41 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox