| Forum |
|
|
|
| 25-01-2010 |
| NEFT AKADEMİYASINDA BAŞ VERƏN QANLI OLAYIN İSTİNTAQI YEKUNLAŞIR |
Azərbaycan Dövlət Neft Akademiyasında ötən il aprelin 30-da baş vermiş hadisə ilə bağlı cinayət işinin istintaqı yekunlaşmaq ərəfəsindədir. Baş Prokurorluq bununla bağlı rəsmi açıqlama verəcək. Bu barədə Baş Prokuror Zakir Qaralov bu gün jurnalistlərin sualına cavabda bildirib. Xatırladaq ki, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının 12 nəfər tələbə və müəllimini qətlə yetirib və sonra özünü güllələyib. Cinayət işi ilə bağlı bir neçə nəfər saxlanılıb.
|
|
| Oxunub: 52 dəfə. |
|
|